
Mən müharibənin içində illərlə yaşamışam. Çox oğlanların görmədiklərini,
eşitmədiklərini eşitmişəm. Mən onda uşaq idim. Yaşadıqlarım müəyyən qədər
mənim əsəb sistemimə, psixologiyama təsir edib, illər keçsə də, izləri qalıb beynimdə.
Ordu haqda çox şey deyilib. Təkrarlamayacam ki,
ordumuz pis gündədir, hər halda Allah 2 göz verib.
Mənə başqa mövqedən yanaşmaq istəyirəm. Bizim ordumuz nə gündədir? – Pis gündə!
Səbəb? Gəlin xoş münasıbətdə olanların gözü ilə baxaq- kasıbçılıqdır, ayrı-ayrı mənfi hallardır.
Bir də hər şeyi hakimiyyətin, idarəçiliyin üstünə atanların gözü ilə baxaq.
Bəs yaxşı, bizim sülh yolu ilə apardığımız təbliğat nə gündədir?
(Xarici siyasət, diaspora və s.)– Pis gündə!
Səbəb? Yenə mi həmin bəhanələr? Yeni-yeni başlayırıq, ermənilərin yaratdığı informasiya pərdəsi,
nə bilim, maddi çatışmazlıqlar, ayrı-ayrı mənfi hallar…
Yaxud hər şeydə hakimiyyət günahkardır, düzgün qurmur, təşkil etmir.
Bəs bizim iqtisadiyyatımız nə gündədir? – Pis gündə!
O niyə? Yenə bir tərəf deyəcək- iqtisadiyyatımızda ciddi irəliləyişlər var, islahatlar keçirilir, nə bilim, ümümi daxili məhsulun həcminə görə nə, MDB-də inkişaq tempinə görə nə bilim nə, İpoteka voobshe nə bilim nə…
Digər tərəf də deyə bilər ki, hər şeyin günahkarı bu hakimiyyətin həyata keçirdiyi siyasətdir.
Təhsil, səhiyyə, yenə sayımmı?... Hamısı pis gündədir, niyə?
Deyilənlərdən, eşitdiklərimdən özümə belə bir nəticə çıxartdım ki, deyilənlərin hər birində böyük həqiqətlər var. Amma nəticədə günah millətin özündədir.
Bəyəm ölkə başçısımı əmr verir ki, komandir əsgərə sadaladığımız əziyyətləri versin? Axı komandir də, əsgər də bizdəndir. Əgər onun özündə insanlıq, bura vətən deyilən məfhumu qanmaq (ifadəyə görə uzrlər) da daxildir, olsa, əsgərə o işgəncəni verərmi?
Deyəcəksiniz ki, hakimiyyət rəvac verir ki, bu haqsızlıq davam etsin, orduda vəziyyət yaxşılaşdırılmasın. Sözdə həqiqət böyükdür, amma bir az da ayrı-ayrı fərdlərə baxaq.
Deyək ki, şərait var ki, pul hesabına ordudan yayınmaq olar. Bəs bizim öz vicdanımıza nə gəlib? Axı heç də bütün varlılar iqtidardakılar deyil. Bəyəm təkcə hakim dairələrin uşaqları ordudan yayınır? Xeyir.
Millətin öz canında var. Mən elə 1 insan tanıyıram ki, çox varlıdır, özü də krupni varli Həm də evin bir oğludur. Hərbi çağırış gələndə evdən qoymurdular, qaçdı, getdi, Naxçıvana düşmüşdü, orada da xidmətini çəkdi, gəldi. Bunu hər bir oğlan bacarar.
Axı təkcə orduda deyil problem. Bəs diaspora niyə bu kökdədir? Hər biri öz biznesini qurmağa çalışır. Gördükləri ayda-ildə bir başlarına dəymiş tədbirdir. Yaxud bəyanat vermək, nə bilim nə. Düzdür, heç nəyə baxanda bu yenə yaxşıdır, amma ermənilərə baxanda bu heç nədir.
Bir az uzun yazdım, yenə də bilirəm ki, çoxlu ittihamlar eşidəcəm, sadəcə, axır vaxtlar məndə (tanıyanlar şahiddirlər ) fikrini ifadə edə bilməmək xəstəliyi yaranıb. Ona görə nə demək istədiyimi 1 az çətin çatdırıram.
Sözümün canı odur ki, bizdə orduda vəziyyət pis gündədir deyə çoxları ondan yayınır, millət də qorxaq adını alır. Amma mən bilirəm ki, I Qarabağ müharibəsində (indi belə deyirlər) heç nə bilməyən, lakin könüllü vuruşanlar da bizim millət idi. Amma onları arxadan vuran da bizimkilər idi.
İndiki hakimiyyət iqtidarda olmayan vaxtı mən çox gözəl xatırlayıram, onda da torpaqlar getmişdi, heç də hamısı hərbi gücün zəif olmasından deyildi. Onda da ayrı-ayrı dəstələr öz maraqlarını güdüb – mənim dəstəm azad edəcək, bayrağı biz sancacağıq, yox biz, onda biz acıq edib gedirik, düşmən də gələndə artıq güclü 2 dəstə ilə yox, bir dəstə ilə üzləşmişdi.
Problem həm hakimiyyətdədir, həm də bizim özümüzdədir. Deməli, bu millətdə bir problem var.
Mənə belə gəlir ki, düzələn problem deyil özü də.
Mövzuya oxşar digər xəbərlər:































































































