
Real həyatda olduğu kimi virtual həyatda da əksəriyyət uğur əldə etmək,seçilmək,üstün olmaq istəyir.Virtual həyatda seçilmək üçün statusa sahib olmaq istəyirlər.Bəziləri statusa layiq olub əldə etməkdənsə Sual və Problemləriniz bölməsində “Mənə nə zaman status verəcəksiniz?”sualı ilə müraciət etməyi üstün tutarlar.
Status...Bu qədərmi önəmlidir?Status qalxdıqca hörmət artırmı?Yoxsa özünüzü böyük ölçülü avatarlarda,imza ilə daha rahat,daha üstün hiss edirsiniz?Hələ userbarı demirəm :)
Bəzən userlər belə sual verirlər: “Mən neçə xəbər göndərməliyəm və ya neçə şərh yazmalıyam ki,mənə status verəsiniz?Düşünürlər ki,nə qədər şərhlərin və ya xəbərlərin sayı artıq olsa daha tez statusa sahib olarlar.Və başlayırlar xəbərlərdə “Təşəkkürlər” yaza-yaza şərhlərin sayını artırmağa.Daha sonra statuslu bir userin məlumatlarına daxil olub onun neçə şərhi və ya xəbəri olduğuna baxıb düşünərlər: “Filankəsin bu qədər şərhi var amma məndə ondan çoxdur,niyə mənim statusum hələ də qalxmayıb?” :)
Sən nə yamansan, ay status?!
Səni əldə etmək üçün nə kimi yollara əl atarıq? :)
xəbər göndərib Sual və Problemləriniz bölməsində “Mənim xəbərimə niyə çıxmır” cümləsini mütləq yazmalıyıq.Yoxsa xəbərimizə baxmaq yaddan çıxar:) Daha sonra xəbərin silinməsini görüb bir daha “Mənim xəbərimi kim və niyə silib? ” Sualını verməliyik.
Bilirəm,status şirin şeydir.Zəhmətinin müqabilində qiymətləndirildiyini hiss edəndə daha şirin,daha əzizdir.Mən də Mynet.Az-dan yeni qeydiyyatdan keçəndə anlaya bilmirdim ki,statusu necə əldə etmək lazımdır? Düşünürdüm ki, şərh və xəbər sayı çox olsa statusum da mütləq olacaq.Lakin sonra anladım ki,önəmli olan statusa sahib olmaq deyil.Önəmli olan özünü əsil Mynet.Az-lı hiss edib və qəlbində əsl Mynet.Az sevgisinin olmasıdır.Bu da VİP,Gold ...statuslarına sahib olmaqdan daha önəmlidir.
Bəs sizin üçün status nə dərəcədə önəmlidir?
Hansı statusu gözlənilmədən əldə etmisiniz,?
Hansı statusa sahib olmaq istərdiniz?
P.S.Status verilmədən əvvəl gərək ona layiq olasan ..
Təşəkkür edənlər :Devilheart_n,Toppush,N_1000,~XiRoN~,Ceza,Naida_86,SeNSiZLiK,tombik,El DaDaX,~iNaNNa~,C_Ronaldo,splendid__girl,Peri,UREYIM,komendant_w,komendant_w,_D_A_R_K_,FUTBOLKLAS,SEV_MENI,Batista
Mövzuya oxşar digər xəbərlər:







































































































