
May ayında dünyanın diqqəti “Eurovision” müsabiqəsinə ev sahibliyi edəcək Moskvaya yönələcək. Şəhər rəhbərliyi indidən müsabiqəyə hazırlaşmağa başlayıb. Rusiyalı təşkilatçılar bütün qonaqlara və turistlərə əfsanəvi şou vəd edirlər. Artıq bu gündən yarışmanın biletlərinin satışına başlanacaq. Mynet.Az saytının xəbərinə görə, təşkilat komitəsinin yaydığı xəbərdə deyilir ki, bilet qiymətləri müxtəlif olacaq. Ən ucuz məbləğdən maksimum baha məbləğədək qiyməti olan biletlər həm kassalardan, həm də internet vasitəsi ilə satışa çıxarılacaq. Rusiyanın Ictimai televiziya funksiyasını yerinə yetirən Birinci kanalın musiqi direktoru Yuri Aksyuta məlumatı təsdiqləyib. Qeyd edək ki, biletlərin qiyməti rus rublu ilə 800-30 000 rubl arasında dəyişir. (Bu isə Azərbaycan manatı ilə təxminən 16-600 manat arasında dəyişir).
Xatırladaq ki, müsabiqə Moskvanın ən iri tamaşaçı tutumuna malik olan arenalarından biri “Olimpiyskiy” idman sarayında baş tutacaq.
Oxudunuz? Onda Xahiş Edirik, Fikirlərinizi Bildirmənizi Unutmayın!
Mövzuya oxşar digər xəbərlər:























































































